...

Ekspert: Azərbaycanın sığorta bazarı hələ da axsayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2007 14:54 (UTC +04:00)
Ekspert: Azərbaycanın sığorta bazarı hələ da axsayır

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Azərbaycanın sığorta bazarı xidmətlərin kütləviliyi istiqamətinlə çox ləng hərəkzt edir. Bu barədə bu gün sığorta üzrə ekspert Faiq Bağırov məlumat verib.

Bağırovun sözlərinə görə, Azərbaycan sığorta bazarının Qərb və MDB dövlətlərinin sığorta bazarlarından fərqi Qərbdə əhalinin sığorta şirkətlərini arxayın mövcudluq üçün həyati əhəmiyyət kəsb edən struktur kimi qəbul etməsi, MDB dövlətlərində isə əhalinin böyük hissəsinin şirkətlərə orta yanaşmasından ibarətdir.

Azərbaycana gəldikdə, burada sığorta şirkətləri potensial istehlakçının şüuruna daxil olmaq və onları sığorta xidmətlərinin əldə olunmasında maraqlandırmaq, sığortaya fiziki şəxslərin kütləvi halda cəlb olunması üçün çalışır.

"Bu, əsasən iş qabiliyyətli agent şəbəkələrinin yaradılması hesabına baş verməlidir. Bu, Azərbaycanda hələ də axsayan sığorta bazarı inkişafının ən perspektiv istiqamətidir", deyə o bildirib.

Aparıcı sığorta şirkətləri 10-a qədər güclü agentə malikdir. Onların hər biri ay ərzində 30-a qədər müştəri cəlb etməyə qadirdir. Buna görə də fiziki şəxslər-sığortaçıların ən böyük axını sığorta olunan girov avtomobil və mülkiyyət formasında banklar tərəfindən icbari qaydada sığortalanmanın payına düşür.

"Sözsüz ki, ildən-ilə şirkətlər daha peşəkar olur. İlk növbədə bu, sığorta hallarında göstərilən xidmətlərin keyfiyyətində özünü göstərir", deyə o bildirib.

Azərbaycan Maliyyə Nazirliyinin məlumatına əsasən, sığorta şirkətlərinin ümumi kapitalı 1 yanvar 2007-ci ilə əsasən 41,413 mln. manat təşkil edib. Azərbaycanda 29 sığorta şirkəti mövcuddur.

Xəbər lenti

Xəbər lenti