...

Baş nazir: "Belarus prezidentinin Azərbaycana səfəri çərçivəsində bir sıra sənədlər imzalanacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2007 19:03 (UTC +04:00)
Baş nazir: "Belarus prezidentinin Azərbaycana səfəri çərçivəsində bir sıra sənədlər imzalanacaq"

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Bu gün Belarusun baş naziri Sergey Sidorskinin Azərbaycana səfəri çərçivəsində 3 sənəd imzalanıb. Hər iki ölkənin baş nazirləri 2015-ci ilə qədər uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında tədbirlər planı, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyanın 4-cü toplantısının protokolunu imzalayıblar. Üçüncü sənəd isə gənclər və idman sahəsində əməkdaşlıq barədə hökumətlərarası razılaşma olub.

Sergey Sidorskinin sözlərinə görə Azərbaycanın baş naziri ilə keçirilmiş görüşdə bank sahəsinə aid olan məslələr də həll olunub. Əldə olunmuş razılığa görə, Azərbaycanın Milli Bankı ilə Belarusun Mərkəzi Bankı arasında əməkdaşlıq barədə müqavilə imzalanacaq.

Onun sözlərinə görə, Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana baş tutacaq səfəri çərçivəsində hökumətlərarası komissiyada razılaşdırılmış sənədlər imzalanacaq. İmzalanacaq sənədlər sırasına aşağıdakılar daxildir:

-Dostluq və əməkdaşlıq haqqında saziş,

-Baytarlıq sahəsində saziş,

-Bitkilərin qorunması sahəsində saziş,

-Pensiya təminatı sahəsində saziş,

-Müvəqqəti olaraq Azərbaycanda işləyən Belarus vətəndaşlarının və Belarusda işləyən Azərbaycan vətəndaşlarının əmək və sosial müdafiəsi haqqında saziş,

-Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi sahəsində saziş,

-Standartlaşdırma və metrologiya, qiymət uyğunluğu sahəsində saziş.

Xəbər lenti

Xəbər lenti