...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2007 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova / Ötən həftənin yekunllarına görə Milli Bank tərəfindən müəyyənləşdirilən manatın rəsmi məzənnəsi ABŞ dollarına nisbətdə 0,0004 (0,04 faiz) möhkəmlənib. 1 ABŞ dollarına nisbətdə məzənnə 0,86744 manat müəyyən olunub.

Trend -ə verilən məlumata görə, ötən həftə dolların manata nisbətdə ən yuxarı həddi martın 26-da (1 ABŞ dolları 0,8676 manat), ən aşağı həddi isə martın 30-da (1 ABŞ dolları - 0,8672 manat) qeydə alınıb.

Dollara nisbətdə manatın rəsmi məzənnəsi
12 mart 0,8679 26 mart 0,8676
13 mart 0,8679 27 mart 0,8675
14 mart 0,8677 28 mart 0,8675
15 mart 0,8676 29 mart 0,8674
16 mart 0,8676 30 mart 0,8672
Həftə üzrə orta məzənnə 0,86774 Həftə üzrə orta məzənnə 0,86744

Ötən həftənin yekunlarına görə, Bakı banklarası Valyuta birjasında aparılan sövdələşmələr nəticəsində manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,0004 (0,04 faiz) aşağı düşüb. 1 ABŞ dollarına nisbətdə məzənnə 0,8674 manat müəyyənləşdirilib.

Dolların manata nisbətdə ən yuxarı həddi martın 27-28-də (1 ABŞ dolları - 0,8675 manat), ən aşağı həddi isə martın 30-da (1 ABŞ dolları - 0,8671 manat) qeydə alınıb.

BEST-də (T+0) üzrə martın 27-də 0,8675 AZN/USD məzənnəsi ilə 1,380 mln. dollar, martın 28-də 0,8675 AZN/USD məzənnə ilə 1,5 mln. dollar, 29 martda 0,8674 AZN/USD məzənnə ilə 1,650 mln.dollar, martın 30-da 0,8671 AZN/USD məzənnə ilə 0,550 mln. dollar dəyərində sövdələşmə aparılıb.

Dollara nisbətdə manatın rəsmi məzənnəsi
12 mart 0,8679 26 mart 0,8676
13 mart 0,8679 27 mart 0,8675
14 mart 0,8677 28 mart 0,8675
15 mart 0,8676 29 mart 0,8674
16 mart 0,8676 30 mart 0,8672
Həftə üzrə orta məzənnə 0,86774 Həftə üzrə orta məzənnə 0,86744
ABŞ dollarına nisbətdə mantın birja məzənnəsi
12 mart 0,8679 26 mart 0,8675
13 mart 0,8679 27 mart 0,8675
14 mart 0,8677 28 mart 0,8675
15 mart 0,8674 29 mart 0,8674
16 mart 0,8675 30 mart 0,8671
Həftə üzrə orta məzənnə 0,86768 Həftə üzrə orta məzənnə 0,8674

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN üzrə dilerlər tərəfindən tələbat olmadığına görə müqavilələr sövdələşmələr olmayıb. RUB/AZN və EUR/AZN üzrə BEST bankları tərəfindən çıxarılışlar olmayıb.

Özəlləşdirmə çeklərinə olan qiymətlər aşağı templərlə azalmağa başlayıb. Bir özəlləşdirmə çekinə görə qiymət həftənin əvvəlində 15 manatdan həftənin sonunda 14 manata düşüb.

Xəbər lenti

Xəbər lenti