...

Nazir müavini: "Azərbaycan su təchizatı layihəsi üzrə danışıqların gecikdirilməsi üçün səbəb görmür"

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2007 15:18 (UTC +04:00)
Nazir müavini: "Azərbaycan su təchizatı layihəsi üzrə danışıqların gecikdirilməsi üçün səbəb görmür"

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Azərbaycan hökuməti Dünya Bankını (DB) "Böyük Bakının su təchizatı" layihəsinin auditinin başa çatdırılmasının gecikməsi barədə məlumatlandırıb. Bu barədə Azərbaycan hökumətinin nazir müavini Abid Şərifov məlumat verib.

"Bu, Azərbaycanın kiçik şəhərlərində su təchizatı sisteminin yaxşılaşdırılması layihəsi üzrə aprel ayına təyin olunmuş rəsmi danışıqların gecikdirilməsinə səbəb ola bilməz" - A.Şərifov hesab edir.

Danışıqlardan əvvəl DB şərtlərdən biri kimi birinci su layihəsinin auditinin aparılmasını məsləhət edib. Nazir müavininin sözlərinə görə, auditlə bağlı gecikmələr Azərbaycan bank tərəfindən təklif olunan audit şirkətlərini xidmətlərinin bahalığına görə cəlb edə bilmir.

"Biz təklif etdiyimiz məbləğə onlar razılaşmırlar. Buna görə də biz başqa şirkət seçmişik, lakin şirkət işi qoyulmuş müddətə çatdırmayacaq"- deyə A.Şərifov qeyd edib.

Onun sözlərinə görə, layihə üzrə digər məsələlər praktiki olaraq həll olunub, buna görə də danışıqlar prosesinin gecikdirilməsi üçün səbəb yoxdur. Danışıqlar əvvəl marta təyin olunmuşdu, lakin daha sonra aprelə təyin olunub.

Layihəyə 20 rayon daxildir. 10 rayon üzrə texniki-iqtisadi əsaslandırma işlərinə hazırlıq başlayıb. Bura Ağdam, Biləsuvar, Goranboy, Quba, Xaçmaz, Zaqatala və digər rayonlar aiddir.

Dünya Bankı bu 20 şəhərin su şəbəkələri və kanalizasiya sistemlərinin bərpa olunmasına 230 mln. dollar ayıracaq. Birinci mərhələdə 10 şəhərə 115 mln. manat ayrılıb.

DB-nin Azərbaycan hökuməti ilə əməkdaşlıq strategiyasına (2007-2010-cu illər) əsasən, kreditin təsdiqi 2007-ci maliyyə ilində nəzərdə tutulub. 2009 və 2010-cu illərdə su təchizatı və kanalizasiya milli sisteminin inkişafına daha 200 mln. dollar təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti