...

Xalq Sıgorta tibbi sığortanın böyük miqdarda satışını elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2007 16:07 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Xalq Sıgorta şirkəti 2007-ci ilin birinci kvartalının yekunlarını elan edib. Şirkətdən çərşəndə axşamı verilən məlumata əsasən, sığorta mükafatları 1,837 mln. manat, sığorta ödənişləri isə 129 min manat təşkil edib. Şirkət təkrarsığorta üzrə 21 min manat həcmində sığorta mükafatı əldə edib.

Birinci kvartalda ən çox satılmış paketlər tibbi, ən az satılmış paketlər isə səyahət sığortasının payna düşüb.

Göstərilən dövr ərzində ödənişlərin böyük hissəsi KASKO sığortası, az hissəsi isə səyahət sığortasının payına düşüb.

Şirəktin nizamnamə kapitalı 2007-ci il aprelin 1-nə əsasən, 2 mln. manat təşkil edir.

2006-cı il fəaliyyətinin yekununa əsasən, sığorta mükafatlarının ümumi məbləği 4,015 mln. manat, ödənişlər isə 288 min manat təşkil edib.

2005-ci ildən fəaliyyət göstərən Xalq Sıgorta 20 sığorta növü təklif edir. Şirkət həmçinin Azərbaycan İpoteka Fondunun səlahiyyətli agentidir.

Xəbər lenti

Xəbər lenti