...

Ekspert: "Azərbaycanın ÜTT-yə qəbulu xarici investisiyalar üçün şəraitin cəlbediciliyini artıracaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2007 13:17 (UTC +04:00)
Ekspert: "Azərbaycanın ÜTT-yə qəbulu xarici investisiyalar üçün şəraitin cəlbediciliyini artıracaq"

Azərbaycan,Bakı/müxbir Trend /Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbulu xarici investisiyalar üçün ölkənin cəlbedicilik şəraitini yaxşılaşdırmağa imkan verəcək. Bu barədə Trend analitik mərkəzinin eksperti Leyla Abdullayeva bildirib.

"Böyük xarici şirkətlər ölkəmizi patent və intellektual mülkiyyətə dair hüquqların müdafiəsi də daxil olmaqla, beynəlxalq biznes təcrübəsinin əsas standartlarının olduğu ÜTT-nin üzvü kimi daha ciddi qəbul edəcək" - deyə o bildirib.

Ölkənin ÜTT-yə daxil olmasının əsas tələblərindən biri istehsal olunan məhsulun keyfiyyətidir.

"Azərbaycan daxili bazarın tələbatları üçün yerli istehsalı inkişaf etdirəcək və ən yaxşı dünya standartları ilə istehsal olunan rəqabətədavamlı ixracat məhsulları yarada bilər" - deyə o bildirib.

ÜTT 1995-ci ildən etibarən mövcuddur. Təşkilata 148 ölkə, həmçinin Azərbaycanın 1997-ci ildən daxil olduğu 30 müşahidəçi ölkə daxildir.

Xatırladaq ki, ÜTT-yə qəbul olunması prosesində yerli bazarın müdafiəsi üçün Azərbaycan hökuməti artıq idxal olunan kənd təsərrüfatı və sənaye mallarına qoyulacaq gömrük rüsumlarının maksimal həddi ilə bağlı təkliflərini katibliyə təqdim edib. Gələcəkdə inkişafla bağlı problemləri yarana biləcək sahələr üçün tariflər təqdim olunub.

Daxili investisiya və yerli istehlakçıların müdafiəsi üçün onlar, ÜTT-yə daxil olduqdan sonra 5-10 il müddətinə tətbiq oluna bilər. Kənd təsərrüfatı məhsullarına maksimal rüsum 50-80 faiz, orta rüsum isə 23 faizdir. Aqrar məhsullardan fərqli olaraq sənaye məhsulları üzrə tariflər daha liberaldır, maksimal gömrük rüsumu 30-50 faiz, orta rüsum isə 15 faizədək nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti