...

"Azərsu" Bakıda sayğaclaşdırma prosesini 2008-ci ildə başa çatdırmağa ümid edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2007 15:00 (UTC +04:00)
"Azərsu" Bakıda sayğaclaşdırma prosesini 2008-ci ildə başa çatdırmağa ümid edir

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Bu gün "Azərsu" SC-nin 893 min nəfər abonenti var ki, bunların da 877 mini əhali istehlakçılardır. Bunu cümə günü mətbuat-konfransında SC-nin sədri Nizaməddin Rzayev bildirib.

Onun sözlərinə görə, 2007-ci ilin əvvəli üçün 196150 sayğac (21,9 faiz) quraşdırılıb. Bakı şəhəri üzrə olan 157975 sayğacın 106119 ədədi əhali istehlakçılarının payına düşür. 2007-ci ildə əlavə olaraq 100 min su sayğacının quraşdırılması planlaşdırılır.

"Ola bilsin ki, büdcə düzəlişlərindən sonra bu məqsədlərlə ayrılmış vəsaitlərin miqdarı artsın. Belə olacağı təqdirdə bu rəqəm 150-200 minə qədər artırılacaq" - deyə Rzayev bildirib.

Bakıda qurumun 441 min abonenti var və bunların da 430 min nəfərini əhali istehlakçıları təşkil edir. Hazırda sayğaclaşdırma işi Bakının Binəqədi, Nərimanov, Nəsimi rayonlarında aparılır. Hündürmərtəbəli binalarda sayğaclar pulsuz, dövlət büdcəsi hesabına quraşdırılır. Şəxsi - bağ evləri və villalarda sayğaclar abonentlərin öz hesabına quraşdırılır. Bu tələbləri yerinə yetirməyən abonentlərə isə su verilməsi dayandırılır.

"Ola bilsin ki, 2008-ci ildə biz sayğaclaşdırma prosesini başa çatdıra biləcəyik" - deyə SC sədri söyləyib.

Xəbər lenti

Xəbər lenti