...

"Azərbaycan İnvestisiya Şirkəti" Cənubi Koreyanın STX holdinqi ilə iki memorandum imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2007 16:11 (UTC +04:00)
"Azərbaycan İnvestisiya Şirkəti" Cənubi Koreyanın STX holdinqi ilə iki memorandum imzalayıb

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/"Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) aprelin 24-də Seulda Azərbaycan-Koreya biznes forumu çərçivəsində Cənubi Koreyanın STX holdinqi ilə anlaşma haqqında iki memorandum imzalayıb. Bu barədə çərşənbə axşamı Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Emil Məcidov məlumat verib.

Onun sözlərinə görə, qarşılıqlı anlaşma barədə birinci memorandumda Azərbaycanda gəmiqayırma zavodunun tikintisi, ikincisində isə STX ilə əməkdaşlıq çərçivələri nəzərdə tutulub.

İkinci memorandum çərçivəsində külək enerjisinin istehsalı üzrə doqquz qurğunun montajını nəzərdə tutur.

Gəmiqayırma zavodu Bakı ətrafında tikiləcək. Bu layihədə holdinq əsas səhmdar kimi çıxış edəcək, "Azərbaycan İnvestisiya Şirkəti"nin iştirakçı payı 25 faizədək təşkil edəcək.

Hazırda STX-nin mütəxəssislər qrupu layihənin hüquqi aspektləri üzrə Bakıda iş aparır və memorandumun imzalanmasından sonra holdinq texniki məsələlərin işlənməsinə başlayacaq. May-iyunda gəmilərin tikilməsi layihəsinin texniki iqtisadi əsaslandırılmasının başa çatdırılması planlaşdırılır.

"STX - böyük holdinqdir və iqtisadiyyatın müxtəlif sahələrində təcrübəyə malikdir. Holdinqin mütəxəssisləri birgə investisiyalaşdırma üçün mümkün sahələrin müəyyənləşdirilməsi üçün fəal iş aparır və biz bu məsələdə onlara kömək edirik", öncə AİŞ-in rəhbəri Anar Axundov bildirib.

Xəbər lenti

Xəbər lenti