...

MBASK rəhbəri: İpoteka kreditləşməsində borc alanın həyatının sığortlanmasının ləğvi Azərbaycanın sığorta biznesinə ziyan gətirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2007 16:14 (UTC +04:00)
MBASK rəhbəri: İpoteka kreditləşməsində borc alanın həyatının sığortlanmasının ləğvi Azərbaycanın sığorta biznesinə ziyan gətirib

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/MBASK sığorta şirkəti ipoteka kreditləşməsində borc alanın həyatının sığortalanması üzrə 100 polis verib. Bu barədə cümə axşamı MBASK sığorta şirkətinin baş direktoru Cəmil Məlikov məlumat verib.

Məlikovun sözlərinə görə, verilmiş polislərdən 60-ı 2006-cı ilin payına düşüb. Şirkət UniBank, Texnika Bank, Nikoil Bank, Bank of Baku ilə əməliyyatlar həyata keçirir.

Məlikovun sözlərinə görə, ipoteka krediti götürənin həyatının sığortalanmasının ləğvi sığorta biznesinə, əsasən də həyatın sığortalanmasına ciddi ziyan gətirib. Belə ki, bu sığorta növü yarıyadək azaldılıb.

"Uzun müddətli sığorta maliyyə strukturları üçün təhlükəli risklər yaradır. Sığortaçılar 15-20 il müddətinə kredit götürür və bu müddət ərzində mümkün həyat itkilərini nəzərə almır", deyə o bildirib.

Ölkədə ipoteka kreditinin verilməsi mexanizmi ilin əvvəlində sadələşdirilib. Kreditləşmənin maksimal müddəti 15 ildən 25 ilədək, məbləğin maksimal məbləği 30 min manatdan 50 min manatadək artırılıb, illik faiz 12 faizdən 8 faizədək azaldılıb. Kredit alanın həyatının və əmək fəaliyyətinin sığortalanması məcburi olmayıb (yalnız əmlakın sığortası lazımdır).

Xəbər lenti

Xəbər lenti