...

Bank Standard-ın istiqrazlarının yerləşdirilməsi müddəti müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2007 17:09 (UTC +04:00)

Azərbaycan, Bak / Trend / 30 aprel tarixindən etibarən Bakı Fond Birjasında "Bank Standard" QSC KB-nin faizsiz sənədsiz adlı istiqrazlarının yerləşdirilməsinə başlanılacaq. Emissiyanın həcmi 2 000 000 manat, bir istiqrazın nominal dəyəri 100 manat, dövriyyə müddəti isə 1 ildir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında keçiriləcək. İstiqrazların yerləşdirilməsində anderrayter rolunda "Standard Kapital" MMC çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti