...

Azərdəmiryolbank-da birinci rübdə pul köçürmələri dövriyyəsi 2,8 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2007 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / 2007-ci ilin birinci rübündə Azərdəmiryolbank-ın həyata keçirdiyi pul köçürmələri və ödəmələrin ümumi həcmi 8,24 mln. dollar təşkil edib. Bu isə ötən ilin analoji dövrünün göstəricilərindən 2,8 dəfə çoxdur. Bankdan verilən məlumata görə, müvaiq xidmətlərdən gəlirlər 2,5 dəfə yüksəlib.

Pul köçürmək üçün bankın müştəriləri yanvar-mart aylarında əsasən "Bıstraya poçta" və "Kontakt" ödəmə sistemlərindən yararlanıblar. Bu sistemlər vasitəsilə həyata keçirilən əməliyyatların dövriyyəsi müvafiq olaraq 3,2 mln. və 2,2 mln. dollar təşkil edib.

Azərdəmiryolbank-ın xidmətlərindən daha çox büdcə ayırmaları və kommunal ödəmələr üçün istifadə olunmağa başlanılıb. Birinci rübdə həmin növ xidmətlər üzrə ümumi dövriyyə 3,83 mln. manat təşkil edib. Bu, 2006-cı ilin analoji dövrü ilə müqayisədə 8,6 dəfə çoxdur.

Müvafiq müddət ərzində elektrik enerjisinin istehlakına görə ödəmələr 7,2 dəfə artaraq 419 min manat təşkil edib. Müvafiq olaraq qaz istehlakına görə ödəmələr 80 min manata (13 dəfə artıb), büdcə ayırmaları 177 min manata (2,6 dəfə artıb) bərabər olub.

Bank həmçinin "Bakcell" mobil operatorunun xidmətləri üzrə ödəmələrə xüsusi diqqət yetirib. Belə ki, müvafiq göstərici 4,7 dəfə artaraq 80 min manat təşkil edib.

Azərdəmiryolbank-ın Bakı və regionlar üzrə 29 filial və şöbələri fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti