...

Pasa Sıgorta: Azərbaycan sığorta şirkətlərinə beynəlxalq səviyyəyə çıxmaq tezdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2007 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azərbayacan sığorta şirkətləri beynəlxalq bazarlarda yayılmaq üçün ilk növbədə daxili bazardakı tələbatı təmin etməlidir. Bunu cümə günü Pasa Sıgorta şirkətinin baş direktor müavini Nofəl Rzayev bildirib. Bu gün Tiflisdə konfransda çıxış edən Azərbaycan Milli Bankı Idarə Heyətinin sədr müavini Rüfət Aslanlı gələcəkdə biznesə yardım üçün Azərbaycan sığorta şirkətlərinin Gürcüstanda görünməsini istisna etməyib.

Rzayevin fikrincə, kapitallaşmanın yetərincə olmaması ucbatından bir çox yerli şirkətlər xarici şirkətlərdə təkrar sığortalanır. Onların beynəlxalq səviyyəyə çıxması hələ ki, tezdir.

"Azərbaycan sığorta şirkətlərinin hazırkı kapitallaşması beynəlxalq səviyyədə riskləri təmin edə bilməz", - deyə o bildirib.

Rzayev qeyd edib ki, beynəlxalq bazara çıxış üçün yerli şirkətlər həmçinin sığorta zərfini də artırmalıdırlar",-deyə o söyləyib.

Pasa Sıgorta 3 mart 2006-cı ildə qeydiyyatdan keçib.

Pasa Sıgorta QSC-nin Nizamnamə Kapitalı 1 mln. manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti