...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2007 12:46 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova /Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0001 bənd möhkəmlənib (0,01 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,86214 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi mayın 14-də və 15-də (1 ABŞ dolları üçün 0,8625 manat), minimum isə mayın 18-də (1 ABŞ dollarına 0,8615 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
7 may 0,8640 14 may 0,8625
8 may 0,8640 15 may 0,8625
9 may - 16 may 0,8623
10 may 0,8633 17 may 0,8619
11 may 0,8632 18 may 0,8615
Həftə ərzində orta 0,863625 Həftə ərzində orta 0,86214

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,001 bənd (0,1 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,86156 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi mayın 14-də (1 ABŞ dollarına 0,8622 manat), minimum isə 17 və 18 mayda (1 ABŞ dollarına 0,8612 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 14 mayda - 0,8622AZN/USD məzənnəsi ilə $1,3 mln., 15 mayda - 0,8617 AZN/USD məzənnəsi ilə $5,425 mln., 16 mayda - 0,8615 AZN/USD məzənnəsi ilə $0,706 mln., 17 mayda - 0,8612 AZN/USD məzənnəsi ilə $1,864 mln., 18 mayda - 0,8612 AZN/USD məzənnəsi ilə $0,678 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
7 may 0,8640 14 may 0,8625
8 may 0,8640 15 may 0,8625
9 may - 16 may 0,8623
10 may 0,8633 17 may 0,8619
11 may 0,8632 18 may 0,8615
Həftə ərzində orta 0,863625 Həftə ərzində orta 0,86214
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
7 may 0,8633 14 may 0,8622
8 may 0,8634 15 may 0,8617
9 may - 16 may 0,8615
10 may 0,8633 17 may 0,8612
11 may 0,8633 18 may 0,8612
Həftə ərzində orta 0,863325 Həftə ərzində orta 0,86156

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb. EUR/AZN T+0 aləti üzrə 37 980 manata bərabər həcm qeydə alınıb. Bu sövdələşmədə orta çəkili məzənnə 1 EUR-a 1,1660 manat təşkil edib.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət sabit olub və keçən həftənin 13 manat səviyyəsində qalıb.

Xəbər lenti

Xəbər lenti