...

Xarici şirkət Heydər Əliyev adına Beynəlxalq Hava Limanına qədər avtoyolu genişləndirməyə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2007 12:46 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Slovakiyanın SMİ SMİ SMİ şirkəti "M.Əzizbəyov" metro stansiyasından Heydər Əliyev adına Hava Limanına qədər olan avtomobil yolunun genişləndirilməsi üzrə tikinti işlərinə başlayıb. Bu tikinti işləri Azərbaycan prezidentinin Bakı şəhərinin nəqliyyat infrastrukturunun yüngülləşdirilməsi haqqında sərəncamında nəzərdə tutulub. Bu barədə çərşənbə axşamı Azərbaycan Nəqliyyat Nazirliyindən məlumat verilib.

Yolun uzunluğu 14 kilometrdən çoxdur. Yolda beş qovşağın tikintisi nəzərdə tutulur. Yol 8-12 zolağa qədər genişləndiriləcək. Gələcəkdə Heydər Əliyev adına prospektin genişləndirilməsi və sürəti 150km/saata qədər artırmağa imkan verəcək vahid sürətli trasın yaradılması nəzərdə tutulur. Sutka ərzində yalnız "M.Əzizbəyov" metro stansiyası yaxınlığındakı dairə ətrafından təxminən 220 min avtomobil keçir.

Layihənin dəyəri 150 mln. dollar məbləğində qiymətləndirilir. Vəsaitlərin əsas hissəsi yeni yol qovşaqlarının, körpülərin tikintisinə, kommunikasiyaların köçürülməsinə, həmçinin torpaqların alınmasına xərclənəcək. Layihənin reallaşdırılması zamanı tikililərin sökülməsi və kommunikasiyaların köçürülməsi üzrə bir çox işlər nəzərdə tutulur. Layihələndirmə də "Doprastav" şirkəti tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti