...

AYIB və Azərbaycan hökuməti Bakı-Tiflis-Qars dəmiryol xətti layihəsinin dəstəklənməsi barədə memorandum imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2007 19:25 (UTC +04:00)
AYIB və Azərbaycan hökuməti Bakı-Tiflis-Qars dəmiryol xətti layihəsinin dəstəklənməsi barədə memorandum imzalayıb

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Avropa Yenidənqurma və Inkişaf Bankı (AYIB) və Azərbaycan hökuməti arasında bankın Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Qars (Türkiyə) marşrutu üzrə dəmiryol xəttinin çəkilməsi layihəsini dəstəkləməyə hazır olması barədə memorandum imzalanıb. Bu barədə cümə axşamı ölkənin İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

"AYİB layihənin həyata keçirilməsinə yardım etmək niyyətini bildirib və bununla əlaqədar da razılıq əldə olunub",-deyə İİN-dən bildirilib. Memorandumun imzalanması bu həftə iqtisadi inkişaf naziri Heydər Babayevin Kazanda AYIB idarəçilərinin illik toplantısında iştirakı zamanı baş tutub.

Azərbaycan üçün AYIB-in dəstəyi çox mühimdir, belə ki, bu magistral çox əhəmiyyətli regional layihədir.

Azərbaycan Dövlət Dəmir Yolunun rəhbəri Arif Əsgərovun mayın 17-də Astanada bildirdiyinə görə, tikintinin 2009-cu ildə başa çatdırılacağı güman olunur. Bakı-Tiflis-Qars dəmiryol xəttinin tikintisi üzrə Azərbaycan tərəfdən koordinator Nəqliyyat Nazirliyi təyin olunub.

Layihənin tikintisi ilkin olaraq 410 mln. dollar dəyərində qiymətləndirilir ki, bunun da 200 mln. dolları yolun Gürcüstan hissəsinin tikintisi üçün nəzərdə tutulub. Bu hissənin tikintisi Azərbaycan Dövlət Neft Fondunun güzəştli krediti hesabına həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti