...

Türk-Azərbaycan-Rus biznes forumunun tarixi dəyişdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2007 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / İyun ayında keçirilməsi planlaşdırılan Türk-Azərbaycan-Rus biznes forumunun tarixi oktyabr ayına dəyişdirilib. Bu barədə görüşün təşkilatçısı Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) məlumatında bildirilib.

Məlumatda göstərilib ki, tədbirin keçirilmə vaxtının uzadılmasının səbəbi Rusiya təşkilatlarının görüşə hazır olmamasıdır.

ATİB hələ mart ayında Moskvada üçtərəfli biznes forum və "Türkiyə, Azərbaycan və Rusiyanın Avrasiya geosiyasətində rolu" mövzusunda elmi simpozium keçirmək niyyətini bəyan etmişdi.

Həmçinin Azərbaycan və Türkiyə diasporlarının birgə toplantısının keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti