...

Azərbaycanın bank sistemi ƏDV hesablarının tətbiqini dəstəkləmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2007 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Azərbaycanın bank sistemi ƏDV hesablarının tətbiqi ideyasını dəstəkləmir. Bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin qanunvericilik və metodologiya şöbəsinin müdiri Şamil Ərəbov deyib.

ƏDV hesablarının tətbiqi ideyası üç il əvvəl ƏDV inzibatçılıq sisteminin təkmilləşdirilməsi məqsədi ilə irəli sürülüb. ƏDV hesabları sisteminin tətbiqi müvafiq vergi üzrə dövlət büdcəsinə vergi daxilolmalarını 30-50 faiz artırmaq imkanı verəcək. Hazırda Azərbaycanda ƏDV 18 faiz təşkil edir.

Ərəbov qeyd edib ki, ƏDV hesablarının tətbiqi bank sistemi üçün əlverişli deyil. Çünki bu yenilik vəsaitlərin köçürülməsi üçün ayrıca bank hesablarının açılmasını nəzərdə tutur.

2007-ci ildə Vergilər Nazirliyinin xətti ilə ƏDV-dən dövlət büdcəsinə vergi daxilolmaları 580 mln. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti