Azərbaycan, Bakı / Trend / Qiymətli kağızlar üzrə Dövlət Komitəsi "Atlantbank" ASC KB-nın sadə adsız sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə cümə axşamı günü Bakı Fond Birjasının yaydığı məlumatda bildirilir. Emissiyanın məbləği 3,5 mln. manatdır. Bir səhmin nominal dəyəri isə 20 manata bərabərdir.
Emissiya prospektinə əsasən, yerləşdirmə açıq yazılma metodu ilə Bakı Fond Birjasında həyata keçiriləcək. Aksiyaların yerləşdirilməsinin anderrayteri rolunda "Unibank" SC KB çıxış edəcək.