...

Azərbaycan parlamenti Yevlax-Gəncə avtoyolunun çəkilməsi layihəsi üzrə Cənubi Koreya bankı ilə kredit sazişini təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2007 19:02 (UTC +04:00)

Azərbaycan, Bakı / müxbir Trend İ.Əlizadə/ Milli Məclisin cümə axşamı keçirilən iclasında Azərbaycan hökuməti ilə Cənubi Koreyanın "Şinhan" bankı arasında Yevlax-Gəncə magistral avtomobil yolunun yenidən qurulması üzrə kredit sazişi təsdiq edilib.

Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirib ki, saziş 2007-ci ilin aprelin 23-də Seulda imzalanıb. Cənubi Koreyanın "Şinhan" bankı Yevlax-Gəncə avtomobil yolunun yenidən qurulmasına 180 milyon dollar kredit ayıracaq. Kredit 0,8 faizlə 14 il müddətinə veriləcək. İlk dörd il isə Azərbaycan hökumətinə güzət ediləcək və kredit faizi alınmayacaq. Yevlax-Gəncə avtomobil yolunun uzunluğu 69 km-dir. Yolun eni 15 metr olacaq.

"Azəryol" ASC-nin sədri, millət vəkili Cavid Qurbanov layihənin bahalı olmasını yolun yenidən tikilməsi ilə izah edib.

Onun sözlərinə görə, Yevlax-Gəncə avtomobil yolu yenidən çəkilən zaman magistral genişləndiriləcək. Bu zaman yolun kənarında yerləşən və əhaliyə məxsus pay torpaqları alınacaq, bəzi hissələrdə əhali başqa yerə köçürüləcək, onların əmlaklarının haqqı ödəniləcək və yolda bir neçə körpü tikiləcək.

"Bundan başqa əmək haqları artdığına görə, işçi qüvvəsinin dəyəri, eyni zamanda enerji daşıyıcılarının qiyməti artıb. Bütün bunlar isə layihənin maya dəyərini artırıb", deyə o əlavə edib.

Milli Məclis kredit sazişini təsdiq edib.

Xəbər lenti

Xəbər lenti