...

"Palmali"nin sifarişi ilə quraşdırılmış Riad Əhmədov tipli quru yükdaşıyıcısının hərəkət sürətinin sınaqdan keçirilməsinə başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2007 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Rusiyanın Dəniz Neft-Qaz Müəssisələri Şirkətlər Qrupu "Palmali Qrup" gəmiçilik şirkəti üçün "Krasnoye Sarmovo" zavodunda quraşdırdığı RSD17 Riad Əhmədov layihəli dördüncü quru yükdaşıyıcısının sürətinin sınaqdan keçirilməsinə başlayıb. Dəniz Neft-Qaz Müəssisələri Şirkətlər Qrupundan bildiriblər ki, hərəkət sürətinin sınağı zamanı gəminin bütün sistem və mexanizmləri, sürəti və manevr xüsusiyyətləri sınaqdan keçiriləcək.

Müqavilədə göstərilən layihəyə uyğun olaraq beş quru yükdaşıyıcısının quraşdırılması nəzərdə tutulur.

"Mirzəağa Xəlilov" adlı əsas gəmi sifarişçiyə 2006-cı ilin noyabrında, "İsmayıl Şıxlı" adlı ikinci gəmi aprelin sonunda, "Şirvan" adlı üçüncü quru yükdaşıyıcısı isə 2007-ci ilin may ayında təqdim olunub.

6270 ton dedveyt və məhdud üzmə zonasına malik RSD17 quru yükdaşıyıcısı çəkisi 20-40 fut, hündürlüyü 9 futa yaxın olan beynəlxalq standartlı konteynerlər, metal, taxıl, taxta-şalban, iri qabaritli və ağır yüklər də daxil olmaqla əsas yüklərin bütün növləri üçün nəzərdə tutulub.

Gəminin uzunluğu 121,7 m, eni 16,6 m, bortun hündürlüyü 6,20 m, gəminin suya oturma dərəcəsi 5,06 m-dir.

Quru yükdaşıyıcısı ümumi həcmi 9370 kubmetr olan üç yük anbarına malikdir, ballastlı tankların həcmi 3120 kubmetr, konteynerlərin keyfiyyəti 224 şt-dır.

Yanacağın saxlanma müddəti 20 sutka, sürət 11,5 uzl (gücdən tam istifadə olunduqda isə 12,5 uzl ), heyət isə 12 nəfərdən ibarətdir (14 yer).

Bu seriyadan olan gəmilər Rusiyanın "ESO" Dəniz Registorunun təyin etdiyi yüksək ekoloji standartlara uyğun olaraq Rusiya gəmiçiliyində quraşdırılan ilk gəmilərdir. Büroda qəbul olunmuş təsnifata əsasən, gəmilər ağır yük qabiliyyətinə malik olmaqla "Azov minilliklərinə" aid edilir.

Layihənin qabariti Volqa-Don və Volqa-Baltik kanalları vasitəsilə dəniz ərazilərindən Xəzərə doğru dislokasiyanı dəyişməyə imkan verir. "Mirzəağa Xəlilov" seriyalı əsas gəmi ötən ilin noyabr ayından müxtəlif yüklərin daşınmasında müvəffəqiyyətlə istifadə olunur, bu yüklərə Rusiyanın və Ukraynanın Qara və Azov dənizi limanlarından Aralıq dənizi limanlarına daşınan təhlükəli yüklər daxildir.

Rusiyanın Dəniz Neft-Qaz Müəssisələri Şirkətlər Qrupu gəmiçilik və dəniz buruqları platformalarının quraşdırılması ilə bağlı layihələrə rəhbərlik edən şirkətdir. Şirkətə aşağıdakı müəssisələr daxildir: "Krasnoye Sarmovo" zavodu (Nijni Novqorod), Volqoqrad gəmiqayırma zavodu, həmçinin "Sarmovskoye maşinostroyeniye" (Nijni Novqorod), Volqoqrad xüsusi maşınqayırma zavodu, Volqa-Xəzər və "Friede ABŞ) müəssisələri.

.

Xəbər lenti

Xəbər lenti