...

ADDY rəhbəri: Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryolu tariflərinin cəlbediciliyinin artırılması imkanlarını müzakirə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2007 21:02 (UTC +04:00)
ADDY rəhbəri: Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryolu tariflərinin cəlbediciliyinin artırılması imkanlarını müzakirə edir

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan, Qazaxıstan və Gürcüstanın ekspert qrupları dəmir yolu ilə yük nəqlinin artırılması üçün marketinq araşdırmaları aparır. Bu barədə çərşənbə axşamı Azərbaycan Dövlət dəmir Yolunun (ADDY) rəhbəri Arif Əsgərov məlumat verib. Xüsusilə Qazaxıstandan kükürd, metal, kömür və digər yüklərin daşınmasının mümkünlüyü gözdən keçirilir.

Həmçinin Qazaxıstan nefti və neft məhsullarının Azərbaycan və Gürcüstandan nəql olunması tariflərinə baxılır.

"Tərəflər yüklərin bu nəqliyyat dəhlizi ilə daşınması üçün tarifləri cəlbedici etmək niyyətindədirlər",-deyə Əsgərov bildirib.

Xəbər lenti

Xəbər lenti