...

Milli Bankın İdarə Heyətinin rəhbəri: Azərbaycanda əmanətlərin sığorta fondu fəaliyyət göstərməyə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2007 14:12 (UTC +04:00)
Milli Bankın İdarə Heyətinin rəhbəri: Azərbaycanda əmanətlərin sığorta fondu fəaliyyət göstərməyə hazırlaşır

Azərbaycan, Bakı/ Trend /30-50 gün ərzində Azərbaycanda əmanətlərin sığorta Fondu fəaliyyətə başlaycaaq. Bu barədə cümə günü mətbuat konfransında Azərbaycan Milli Bankının İdarə Heyətinin rəhbəri Elman Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, artıq Fondun Himayəçilər Şurası formalaşdırılıb və Milli Bankın təşəbbüsü ilə şuraya "Azərigaz Bank"ın idarə heyətinin rəhbəri Çingiz Əsədullayev rəhbərlik edir.

""Azərigaz Bank" şurada təmsil olunmuş yeganə özəl bankdır və buna görə bu variantı daha effektiv hesab etdik. Himayəçilər Şurası bizim təklifimizi dəstəklədi", deyə Rüstəmov bildirib.

Hazırda Azərbaycanın Milli Bankı Fond tərəfindən sığortalana biləcək əmanətləri olan bankların qiymətləndirməsini aparır. 20 bank ilkin qiymətləndirmədən keçib, lakin bu, hələ yekun qərar deyil.

"İkinci qrup bankların qiymətləndirilməsi iyulun 1-dən sonra ümumi kapital üzrə minimal tələbin banklar tərəfindən yerinə yetirilməsi vəziyyətinin təhlili ilə başa çatacaq", - deyə o bildirib.

1 iyul 2007-ci ilə əsasən, hər bankın minimal ümumi kapitalı 10 mln. manatdan az olmayaraq təşkil etməlidir.

Rüstəmovun sözlərinə görə, hazırda Fond Ədliyyə Nazirliyində qeydiyyatdan, kadrların seçilməsi, IT texnologiyalarının tətbiqindən keçir, fondun təşkilati fəaliyyəti üzrə proqram hazırlanıb. Bu proqram baxılması üçün himayəçilər şurasına təqdim olunub.

Xəbər lenti

Xəbər lenti