...

TRACECA: Azərbaycan, Gürcüstan və Qazaxıstan yüklərin daşınması ilə bağlı tezliklə razılığa gəlməlidirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2007 14:38 (UTC +04:00)
TRACECA: Azərbaycan, Gürcüstan və Qazaxıstan yüklərin daşınması ilə bağlı tezliklə razılığa gəlməlidirlər

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ TRACECA nəqliyyat dəhlizi və qismən də Azərbaycan vasitəsilə yük daşınmasını artırmaq üçün Qazaxıstan və Gürcüstan ilk növbədə tarif məsələsinə baxmalıdır ( Çin və Yaponiyanın da qatılacağı gözlənilir). "Ölkələr yük axınını artırmağa imkan verən əlverişli tarif siyasəti qəbul etməlidir" - deyə Azərbaycanın TRACECA nəqliyyat dəhlizi layihəsində milli katibi Akif Mustafayev bazar ertəsi bildirib.

MDB-də vəziyyətlə bağlı Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Qazaxıstan prezidenti

Nursultan Nazarbayev qeyd edib ki, Mərkəzi Asiya enerji resursları ilə zəngindir, amma öz resurslarını Avropa bazarına maneəsiz çıxara bilmir. Bu məqsədlə alternativ marşrutlar yaradılmalıdır. O qeyd edib ki, bu yüklərin nəlq olunacağı marşrutları müəyyən etməkdə iqtisadi amillər əsas rol oynayacaq.

"Nəqliyyat dəhlizləri əlverişli sayılan marşrutlardan keçəcək" - deyə Qazaxıstan prezidenti bildirib.

Mustafayevin sözlərinə görə, hazırda bu məsələlərin həlli Azərbaycan, Gürcüstan və Qazaxıstanın Nəqliyyat nazirlikləri səviyyəsində aktivləşib. Vahid tarif siyasəti, modernizasiya və infrastrukturun bərpası məsələləri müzakirə olunur.

Nəqliyyat üzrə ekspertlərin fikrinə görə, Rusiyanın tariflər və güzəştlər sahəsində əlverişli siyasət tətbiq etməsi ona öz ərazisindən keçmək şərtilə daha çox yük cəlb etmək imkanı verir.

Hazırda Azərbaycan, Gürcüstan və Türkiyə "Bakı-Tbilisi-Qars" marşrutu üzrə yeni dəmir yol xətti layihəsini reallaşdırırlar. Türkiyənin Bosfora qədər uzatmağı planlaşdırdığı "Marmaris" tunelinə çıxmaq imkanına malik layihə dəmir yolu vasitəsilə yükü Avropaya nəql etməyə imkan verəcək.

Hər iki layihənin işlərinin başlanma tarixi 2009-cu ilə təyin olunub. Birgə tarif siyasətini reallaşdırmaq bu layihənin rəqabət qabiliyyətini artıracaq. Azərbaycan Gürcüstan və Qazaxıstan "Poti-Bakı-Aktau" marşrutu üzrə konteyner qatarı layihəsinin reallaşdırılması işini davam etdirəcəklər. Gələn il bu, regional əhəmiyyətə malik layihə kimi təqdim oluna bilər.

Asiyada konteynerlərin yeganə istehsalçısı olan Çin də layihəyə maraq göstərir. Çin tərəfi artıq qatarın iş şərtləri barədə məlumat alıb.

Azərbaycan, Gürcüstan və Qazaxıstan konteyner qatarını Qazaxıstan və Gürcüstan sərhədində yerləşən "Dostık" stansiyasına qədər uzatmağı planlaşdırır.

Konteyner 24 dekabr tarixində buraxılıb. O, Çin və Avropadan qaz öturücülərinin cəlb olunmasına təsir göstərəcək. Yüklər Gürcüstanın "Poti" limanından və Bakıdan keçməklə Qazaxıstanın "Aktau" limanına və əks istiqamətdə daşınır.

Xəbər lenti

Xəbər lenti