...

Azərbaycanın vəUkraynanın banklar assosiasiyası əməkdaşlıq haqqında saziş imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2007 16:47 (UTC +04:00)

Ukrayna, Kiyev /müx. Trend Z.Novosvitski/ UBA-nın məbuat xidmətinin məlumatına görə, Ukrayna Banklar Assosiasiyasının prezidenti Aleksandr Suqoyanko və Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Eldar İsmayılov əməkdaşlıq haqqında saziş imzalayıblar.

Tərəflər Ukrayna və Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafına, işgüzar əlaqələrin möhkəmlənməsi və hər iki asssosiasiyanın üzvləri arasında səmərəli əməkdaşlığın inkişafınını dəstəkləmək barədə razılığa gəliblər. Tərəflər həmçinin hər iki ölkənin qanunvericiliyi çərçivəsində Ukrayna və Azərbaycan bankları arasıında baş verən narazılıqları həll etmək haqda razılığa gəliblər.

Azərbaycan Bank Assosiasiyası 1990-cı ildə yaradılıb. Onun tərkibinə 44 bank və 3 kredit müəssisəsi daxildir.

Ukrayna Banklar Assosiasiyası Ukraynanın kommesiya və kooperativ banklarının assosiasiyası kimi 1989-cu ildə yaradılıb. UBA 2006-ci ilin əvvəlində 150 maliyyə strukturuna malik idi.

Xəbər lenti

Xəbər lenti