...

Ukrayna və Azərbaycanın əmək nazirləri məşğulluq və sosial təminat sahəsindəki əməkdaşlığı müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2007 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Cenevrədə keçirilən Beynəlxalq Əmək Təşkilatının toplantısı çərçivəsində Ukraynanın əmək və sosial siyasət naziri Mixail Papiyevin azərbaycanlı həmkarı Füzuli Ələkbərovla görüşü olub. (rbc.ua)

Tərəflər məşğulluq və sosial təminat sahəsindəki əməkdaşlıq məsələlərini, habelə Ukrayna ilə Azərbaycanın müvafiq istiqamətdəki əlaqələrin inkişafını müzakirə ediblər.

Görüşün yekununa əsasən cari ilin sentyabrında ekspertlər səviyyəsində nazirliklərarası işçi qrupunun birinci iclasının keçirilməsinə dair razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti