...

Luksemburq iş adamları Azərbaycan sahibkarları ilə əməkdaşlıq etmək istəklərini bildiriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2007 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Lüksemburqun iqtisadiyyat və xarici ticarət naziri Jenat Kreken Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşündə Azərbaycandakı sürətli iqtisadi inkişafa marağın böyük olduğunu və ölkələr arasında əməkdaşlığın gələcək inkişaf istəyini bəyan edib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında göstərilib.

Görüşdə həmçinin Lüksemburqun Dövlət İxracatının Sığortası Kompaniyasının sədri Eten Reyter, İqtisadiyyat və Xarici Ticarət Nazirliyinin, Lüksemburq Böyük Hersoqluğu Ticarət Palatasının, Fond Sənayesi Assosiasiyasının təmsilçiləri və bu ölkənin 10-a yaxın iş adamı iştirak edib.

Görüşdə iki ölkə arasında mövcud iqtisadi əlaqələr, onun inkişafı və gələcək perspektivlər müzakirə olunub.

Görüşdə iştirak edən Lüksemburqun iş adamları təmsil etdikləri şirkətlərin fəaliyyəti barədə məlumat verərək Azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Görüşdə iqtisadi inkişaf naziri Heydər Babayev Azərbaycanın hazırkı iqtisadi durumu barədə məlumat verib və ölkəmizlə Lüksemburq sahibkarları arasında əlaqələrin genişləndirilməsi üçün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu vasitəsilə biznes-forumların, sərgilərin təşkilinin məqsədəuyğun olduğunu vurğulayıb.

Babayev həmçinin enerji, maşınqayırma, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti