...

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Bank Respublika -nın səhmlərinin emissiya prospektini qeydə alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2007 21:10 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı / Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Bank Respublika" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb.

Emissiyanın həcmi 2 752 744 manat, bir səhmin nominal dəyəri 2 AZN təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində "Standard Capital" MMC çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti