...

Mərkəzi Asiya və Qafqaz üzrə CIP nümayəndəsi Bakıya səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2007 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Beynəlxalq Kartofçuluq Mərkəzinin (The International Potato Center - Centro Internacional de la Papa) Orta Asiya və Qafqaz üzrə nümayəndəsi Karli Karlo Bakıya gələcək. Bu barədə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Aqrar Mərkəzindən məlumat verilib.

Dördgünlük səfər iyunun 27-nə planlaşdırılıb.

Səfərin əsas məqsədi tərəvəzçilik, xüsusilə kartofçuluq sahəsində münasibətlərin genişləndirilməsidir. CIP nümayəndəsi təmsil etdiyi təşkilatın fəaliyyəti ilə bağlı təqdimat keçirəcək və Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxsləri ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti