...

Dövlət Baytarlıq Xidməti: "Azərbaycan Gürcüstandan donuz ətinin idxalına qoyulan qadağanı 2008-ci ilin ortalarınadək uzadacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2007 12:57 (UTC +04:00)
Dövlət Baytarlıq Xidməti: "Azərbaycan Gürcüstandan donuz ətinin idxalına qoyulan qadağanı 2008-ci ilin ortalarınadək uzadacaq"

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ İyun ayında Azərbaycanın Gürcüstandan donuz ətinin idxalına qoyduğu qadağanın müddəti bir il uzadılacaq. Bu barədə cümə axşamı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

İyunun 7-də tətbiq edilən qadağanın səbəbi Gürcüstanın Svanetiya, Cavaxetiya, Abxaziya, Acarıstan, Kaxeti, Msxeta, İmereti, Quriya, Kvemo-Kartli bölgələrində "Afrika taunu" xəstəliyinin əlamətlərinin aşkarlanması olub.

Xanvəlinin sözlərinə görə, karantin xəstəliyin aşkar olunduğu ərazilərdə aradan qaldırılsa belə, donuz ətinin idxalına qadağanı ən azı bir il uzatmaq daha doğru olar.

Azərbaycanda donuz ətinin alıcılarının sayı böyük olmasa da, baytarlıq xidməti virusun ölkə ərazisinə keçməməsi üçün gücləndirilmiş rejimdə işləyir.

Xanvəlinin sözlərinə görə, Gürsütandan gələn bütün nəqliyyat vasitələri sərhəddə dezinfeksiya olunurlar. Ölkənin bölgələrindəki ev təsərrüfatlarında donuzlar qapalı yerlərdə saxlanılırlar. Bu baxımdan respublikadakı durum sabit hesab olunur.

Xəbər lenti

Xəbər lenti