...

"PaşaBank" Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2007 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ İyunun 18-də Azərbaycan Ədliyyə Nazirliyi "PaşaBank" ASC-ni qeydiyyata alıb. Bu barədə "Pasa Holding"in yaydığı məlumatda xəbər verilir.

Hazırda "PaşaBank" rəhbərliyi bank xidmətləri göstərmək üçün Milli Bankdan müvafiq icazənin alınmasına dair sənədlərin toplanması və zəruri təşkilati tədbirlərin görülməsilə məşğuldur.

Bank universal statusa malik olmaq və gələcəkdə bütün növ bank xidmətləri və əməliyyatları aparmağı planlaşdırır.

"PaşaBank" Açıq Səhmdar Cəmiyyətdir və onun səhmdarları hüquqi və fiziki şəxslərdir. Bankın nizamnamə fondu 10 mln. manat təşkil edir.

Bankın strategiyası ölkə iqtisadiyyatının maliyyə sektorunda fəal iştirak etməkdir.

Bankın əsas məqsədi müştərilərinə layiqli xidmət, yüksək əməliyyat bacarığı, etibarlılıq, yerli və xarici bazarlarda yüksək mövqeyə qalxmaq üçün mükəmməl reputasiya göstərməkdir.

Xəbər lenti

Xəbər lenti