Azərbaycan, Bakı / Trend / İyun 25-dən "Unibank" öz müştərilərinə yeni xidmət - sms-məlumatlandırma təklif edəcək. Bankın onlayn rejimdə məlumat əldə edən muştəriləri onların hesablarında baş verən bütün əməliyyatlardan xəbərdar ola bilərlər.
"Müvafiq servisdə qeydiyyatdan keçən müştərilər hesabda baş verən bütün əməliyyatlara, valyuta məzənnələrinə, hesablarında olan cari qalıqlara nəzarət edə bilərlər. Bundan əlavə, müştərilərin mobil telefonuna bankda keçirilən aksiyalar haqqında məlumat daxil olacaq. Həmçinin sms-məlumatlandırma sistemi çərçivəsində kredit müqavilələrinin, depozitlərin, plastik kartların müddətinin bitməsi barədə müştərilrə tam ödənişsiz olaraq bildiriş göndəriləcək" - deyə "Unibank"ın pərakəndə xidmət üzrə meneceri Heydər Mirzəyev bildirib.
Bankın istənilən 8 filialında bu sistemə qoşulmaq olar.
Bu məqsədlə "Unibank" müştərisi xüsusi ərizə forması doldurmalı və müəyyən bir məbləğ ödəməlidir.
Bir aylıq xidmət 5 AZN təşkil edir. Ödəniş 3 ay əvvəl ödənilməlidir. Qeyd edək ki, bank xidmətin bütün sahələri üzrə xidmətlər göstərir. Müştərilər Visa International və MasterCard beynəlxalq sisteminə sahib ola bilərlər. Bundan əlavə, "Unibank" müştərilərinə unikal İD- kart sistemini təklif edir ki, bu sistem çərçivəsində hər kəs öz plastik kartının dizaynını seçə bilər.