...

Ekspert: "Azərbaycanın ÜTT-yə daxil olması inflyasiyanın sürətlə artmasına səbəb olacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2007 15:59 (UTC +04:00)
Ekspert: "Azərbaycanın ÜTT-yə daxil olması inflyasiyanın sürətlə artmasına səbəb olacaq"

Azərbaycan, Bakı / Trend / 2007-ci ilin birinci rübündə qida məhsulları üzrə inflyasiya 9,6% təşkil edib ki, bu da ötən illərin analoji dövrlərindən xeyli fərqlənir. 2005-ci ildə bu göstərici 5,7%, 2006-cı ildə isə 8,3% təşkil edib.

Azərbaycan hazırda enerjiyə olan qiymətlərin artımının təzyiqi altındadır və bu da respublikada yüksək inflyasiya göstəricilərinin əsas səbəbidir. Bu, istehlak malları istehsalı ilə məşğul olan müəssisələrin xərclərinin atmasına gətirib çıxarır.

Bundan başqa, xarici investisiyaların, xüsusilə neft dollarlarının ölkəyə axını davam edir. İnflyasiya prosesini stimullaşdıran valyuta mübadiləsi əməliyyatlarının həcmi artıb.

İnflyasiyaya 30-35% maliyyə faktorları təsir elir, məsələn, qiymət artımına səbəb olan büdcə xərclərinin artımı vasitəsilə.

Büdcə xərcləri bu il demək olar ki, 50% artıb. İnflyasiya prosesi hökuməti sosial xərcləri artırmağa vadar edir. Əslində bu, inflyasiyanın səviyyəsinin artdığı bir şəraitdə əhalinin alıcılıq qabiliyyətinin qorunub saxlanması məqsədilə görülən kompensasiya tədbirləridir və bu da bilavasitə inflyasiyanın gələcək inkişafına təsir göstərir.

Hazırda Azərbaycan hökuməti və Milli Bank inflyasiya səviyyəsinin ilin sonuna qədər maksimum azaldılması istiqamətində tədbirlə görməyi planlaşdırır.

Amma milli valyutanın orta müddətə möhkəmləndirilməsi ilə bağlı inflyasiya əleyhinə layihə çərçivəsində məsələ çətinləşir. Bu neft gəlirlərinin artımı və bank sektorunun qeyri-bərabər inkişafı səbəbindən baş verəcək.

İnflyasiyanın azalma imkanları sual altındadır.

Azərbaycanın ÜTT-yə qəbulundan sonra yerli bazarda inflyasiya səviyyəsi daha da sürətlə artacaq.

.

Xəbər lenti

Xəbər lenti