...

Gürcüstanla Azərbaycan arasında avtomobil daşımalarına olan kvotlarla bağlı problemlər mövcuddur

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2007 17:15 (UTC +04:00)

Gürcüstan,Tbilisi / müx. Trend N.Kirtsxalia / Gürcüstan hökuməti yük daşıyıcı vasitələrin kvotası ilə bağlı olan "Lisenziyalar və icazələr haqqında" qanuna dəyişikliklər edir. Gürcüstan parlamentinin katibi Liya Xuroşvilinin Trend ə verdiyi məlumata görə, bu, Azərbaycan və Ukraynadan olan yükdaşıyıcı vasitələrin kvotası ilə bağlı mövcud olan problemlərlə əlaqədardır.

"Biz 1 500 vahid olan kvotalara sadiq qalmaq və onların gələcək artımının qarşısını almaq niyyətindəyik" - deyə Xuroşvili bildirib və o qeyd edib ki, qanuna həmçinin Azərbaycan və Ukraynadan Gürcüstan ərazisinə daxil olan yükdaşıyıcı nəqliyyat vasitələri üzərində gömrük və polis xidmətləri tərəfindən kəskin şəkildə inzibatçılıq barədə düzəlişlər ediləcək.

Bir sıra ölkələrlə Gürcüstan müxtəlif kvotalara malikdir və bu ölkələrdən fərqli olaraq Gürcüstan kvotadan çox olan yüklərin daşınmasına icazə verir və bu da Gürcüstanın yükdaşıyıcı vasitələrinə problemlər yaradır. Xuroşvilinin sözlərinə görə, bu sahədə əsas problem Azərbaycan və Ukrayna ilə mövcuddur.

"Azərbaycan və Gürcüstanın qarşılıqlı illik kvotası 1 500 avtomobil təşkil edir. Hazırda Gürcüstan 1 497, rəsmi məlumatlara görə isə Azərbaycan cəmi 120 kvota mənimsəyib, halbuki real rəqəm 1 500-dən çoxdur. Bizdə inzibatçılıq mövcud olmadığına görə onların avtomobilləri bizim avtomobillərdən fərqli olaraq sərbəst hərəkət edir, Gürcüstan yükdaşıyıcı vasitələri üçün kvotaların artırılmasına gəldikdə isə Azərbaycan bunu etmir. Bu səbəbdən də dəyişikliklərin səbəbi inzibatçılığın nizama salınması və Azərbaycanı danışıqlara cəlb etməkdir" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti