Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ "Kapital Bank"ın idarə heyətinin sədri Rauf Rzayev çərşənbə günü mətbuat konfransında bildirib ki, bankın müşahidə şurasının qərarına əsasən, 2007-ci ilin sonuna qədər bank 12 mln. manat məbləğində avroistiqrazlar buraxmağı planlaşdırır.
O, istiqrazların xarici bazarlarda yerləşdiriləcəyini istisna etməyib. "Artıq bizə müsahib banklardan qiymətli kağızların xarici banklarda yerləşdirilməsi ilə bağlı anderayter qismində çıxış etmək məqsədilə bir neçə təklif daxil olub" - deyə o bildirib.
Onun sözlərinə görə, istiqrazların faiz dərəcələri hökumətin və bankın özünün reytinqindən asılı olacaq. Faiz dərəcələri LIBOR+3% - LIBOR+3,5% səviyyəsində ola bilər. Avrobondlar 3 illik müddətə buraxılacaq.