...

Nazir: Transqafqaz dəhlizi Azərbaycan, Gürcüstan və Türkiyə üçün yeganə marşrutdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2007 18:41 (UTC +04:00)
Nazir: Transqafqaz dəhlizi Azərbaycan, Gürcüstan və Türkiyə üçün yeganə marşrutdur

Qazaxıstan, Astana/ Trend müxbir K.Konırova/ Gürcüstanın iqtisadi inkişaf naziri Georgi Arveladze ilə müsahibə:

- Transqafqaz dəhlizinin cəlbediciliyinin artırılması məsələsinin həll edilməsi üçün Gürcüstan, Azərbaycan və Qazaxıstan hansı addımları atmaq niyyətindədirlər?

- Hazırda hər üç ölkənin hökuməti bu məsələ üzərində çox gərgin işləyir. Yeri gəlmişkən, artıq Qazaxıstan tərəfinin təşəbbüsü ilə nazirlər və nazirliklərin departament mütəxəssisləri səviyyəsində bir neçə görüş keçirilib. Mən qeyd etmək istəyirəm ki, qazaxıstanlı həmkarlarımızla iş görmək xoşdur, belə ki, onlar Transqafqaz dəhlizinin cəlbediciliyinin artırılmasına ciddi şəkildə səy göstərirlər. Bizim üçün hazırda bu, əsas məqsəddir.

Biz Transqafqaz marşrutuna vahid dəhliz kimi yanaşırıq. Belə ki, yük aparan şirkətlər üçün fərqi yoxdur, hansı Gürcüstanın, Qazaxıstanın, yaxud Azərbaycanındır. Bu, vahid dəhlizdir və yekun nəticədə bütün uzunluğu boyu rəqabət qabiliyyətli olmalıdır. Çünki prinsip belədir ki, yükləri daşımaq üçün ucuz, əngəllərin az olduğu, təyinat nöqtəsində daha sadə və tez çatmaq mümkün olan yol seçilir.

Ona görə də hesab edirik ki, vahid razılaşdırılmış siayasətin hazırlanması bu gün hər üç ölkə üçün mühüm məqsəddir və biz bunun üzərində çalışırıq. Dəhlizin cəlbedici olması üçün çalışan üçtərəfli komissiya yaradılıb. Bütün marşrut hissələr və dərəcələrə bölünüb. Komissiya isə harda və necə tarifin aşağı salınması və prosedurun sadələşdirilməsi üzrə hesablamalar aparır.

Mənim ölkəmin mövqeyi ilə bağlı isə, hazırda Gürcüstan fəal surətdə açıq siyasət yeridir. Biz hər şeyi edirik, bütün tarif və inzibati maneələri aradan qaldırırıq ki, yüklər bizim ölkəmizdən maneəsiz keçsin.

Bu gün ölkənin tranzit üçün daha cəlbedici edilməsi üçün bir çox işlər görülür. Yollar çəkilir, lazımi inhfrastruktur yaradılır, biz Poti dəniz limanının inkişafı üçün investisiya ayırırıq. Planlarımızda yaxın zamanlarda Avropa dəmir yoluna qoşulacaq, Türkiyə ilə Gürcüstanı birləşdirəcək dəmir yolunun tikintisi daxildir.

Proseslər çox dinamik gedir və biz Transqafqaz dəhlizinin gələcəyi ilə bağlı çox nikbinik.

- Bir ay sonra Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü planlaşdırılır ki, burda da xüsusilə nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinə baxılacaq...

- Mən hesab edirəm ki, bu, çox mühüm görüş olacaq. Belə ki, Azərbaycan Qafqaz dəhlzinin cəlbediciliyində açar rolunu oynayır. İki ölkə prezidenti arasında görüş gələcəkdə bütün maneələrin aradan qaldırılmasında təkan rolunu oynamalıdır. Siyasi iradə həmişə fundamental rol oynayır. Ölkə liderləri nəyisə razılaşdırdıqda bürokratiya daha fəal fəaliyyət göstərir.

- Qazaxıstanın İxrac Assosiasiyasının rəhbəri bizim agentliyə müsahibələrinin birində bildirimişdi ki, hazırda rəqabət nöqteyi-nəzərindən Qafqaz və Rusiya dəhlizlərində hər şey Qafqazın bizə nə təklif edəcəyindən asılıdır...

- Hə, mən onunla razıyam. Əgər kimsə rəqabətdə udmaq istəyirsə, hər şey onun özündən asılıdır. Bü gün yükləri cəlb etmək üçün hər üç ölkə tarifləri aşağı salmalı, maneələri aradan qaldırmalı və öz infrastrukturunun inkişaf etdirilməsi üçün daha çox vəsait qoymalıdır.

Yük su kimidir, həmişə ən yüngül yolu tapır. Ona görə də hər üç ölkənin kompleks tədbirləri və fəaliyyəti lazımdır. Biz ilk addımı atmışıq - danışıqlar masası arxasına əyləşmişik. Əsas odur ki, hər üç ölkənin Qafqaz dəhlizini rəqabətqabiliyyətli etmək istəyi var.

- Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin Gürcüstan ərazisində tikintisi hansı mərhələdədir? Bu layihənin həyata keçirlməsi üçün Azərbaycan tərəfindən Gürcüstana vəsaitlərin ayrılmasına başlanılıbmı?

- Azərbaycan tərəfindən pul artıq ayrılıb və proses fəal gedir. Hazırda Türkiyə tərəfi layihələndirmə ilə məşğuldur. Layihə hazır olandan sonra biz dəmir yolunun tikintisini hansı şirkətin həyata keçirəcəyini müəyyən etmək üçün tender keçirəcəyik. Zənnimcə, bu ilin sonuna biz tikintiyə başlayacağıq.

- Bakı-Tiflis-Qars nəqliyyat dəhlizi üzrə yüklərin daşınması üçün tariflər necə olacaq? Bu, tikinti üçün alınmış vəsaitlərin qaytarılması öhdəliyindən nə qədər asılı olacaq?

- Gürcü tərəfinin Azərbaycandan vəsait aldığı kredit müqaviləsi çox əlverişlidir: 20 il müddətinə 1 faizlə. Kreditin şərtləri belədir ki, gələcəkdə bu nə cəlbedicilikdə, nə də tariflərin həcmində heç bir şəkildə özünü büruzə verə bilməz. Biz əminik ki, dəmir yolu işləyəndə bizə həm Çindən, həm də Rusiyadan xeyli yeni yüklər gələcək.

- Bəs siz iki layihə - "Cənub axını" və Transxəzər qaz kəməri arasındakı rəqabət haqda nə deyərdiz?

- Nəinki Gürcüstanın, tranzitdə Rusiyadan asılı olan keçmiş SSRİ ölkələrinin, həmçinin Avropa ölkələrinin təcrubəsi ona gətirib çıxardı ki, hamı bir şeydə həmrəydir: yalnız bir marşrutdan və bir mənbədən asılı olmaq olmaz. Mən konkret olaraq hər hansı bir ölkənin əleyhinə deyiləm, amma bu gün alternativ marşrutlara tələbat var.

Energetikadan siyasəti yığışdırmaq lazımdır, ona görə ki, energetika siyasi təsir vasitəsi olub. Ona görə hesab edirəm ki, Transxəzər qaz kəmərinin daha çox həyata keçmək imkanı var.

Xəbər lenti

Xəbər lenti