...

Avqustda fiziki şəxslərin əmanətlərinin sığortalanması fondu fəaliyyətə başlaya bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2007 14:29 (UTC +04:00)
Avqustda fiziki şəxslərin əmanətlərinin sığortalanması fondu fəaliyyətə başlaya bilər

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Avqust ayının əvvəlində fiziki şəxslərin əmanətlərinin sığorta fondunun fəaliyyətə başlayacağı güman olunur. Bu barədə Qəyyumluq Şurası Fondunun sədri Çingiz Əsədullayev məlumat verib.

Fondun şurasının ilk iclasında əvvəllər "AtaBank"a rəhbərlik etmiş, daha sonra "Ata Holding"də fəaliyyət göstərmiş Azad Cavadov fondun icraçı direktoru seçilib.

Hazırda Azərbaycan Milli Bankı fondun tərkibinə daxil olacaq bankları seçir. Hazırda artıq fondun üzvləri seçilmiş 19 bankdan ibarət siyahı hazırlanıb.

"Mən hesab edirəm ki, bu siyahıda olanlar o banklardır ki, Milli Bankda şübhə doğurmur. Onlar 10 mln. manatdan yuxarı kapitala malikdirlər" - deyə Əsədullayev bildirib. Fond ilkin üzvlük ödənişlərindən formalaşdırılacaq ki, bu da hər bir üzv üçün 10 min manat təşkil edir. Həmçinin ""Əmanətlərin sığortalanması haqqında" qanuna müvafiq olaraq fond üçün ayırmalar nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti