...

Nazir müavini: "Ermənistan öz üzərinə Azərbaycanın ÜTT-yə daxil olmasına mane olmamaq öhdəliyi götürüb" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2007 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, /müx. Trend S.Ağayeva / Cümə günü Azərbaycan xarici işlər nazirinin müavini, ölkənin ÜTT-yə daxil olması üzrə danışıq qrupunun rəhbəri Mahmud Məmmədquliyev Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın Yerevanın Azərbaycanın ÜTT-yə daxil olmasına imkan verməyəcəyinə dair Ermənistan KİV-lərində yaydığı bəyanata fikir bildirərkən jurnalistlərə bildirib ki, 2003-cü ildə Ermənistan rəsmi olaraq Azərbaycanın ÜTT-yə qəbul olunması yolunda mane olmamaq barədə üzərinə öhdəlik götürüb və öz öhdəliyini yerinə yetirməlidir.

"Mən bu məlumatı KİV-dən əldə etmişəm. Qeyd etmək istərdim ki, 2003-cü ildə Ermənistanın ÜTT-yə qəbulu məsələsi qaldırılanda Azərbaycan tərəfinin tələbi ilə Ermənistan təşkilatın katibliyinə Azərbaycanın ÜTT-yə daxil olma prosesinə mane olmamaq barədə öhdəçilik götürdüyünü bəyan edən məktub göndərib" - deyə nazir müavini qeyd edib.

Diplomatın sözlərinə görə, Azərbaycan və Ermənistan arasında münaqişənin həll olunmasına qədər, hətta əgər Azərbaycan bu təşkilatın üzvlüyünə qəbul olunsa belə, bu ölkə ilə ticarət sahəsində əməkdaşlıqdan söz gedə bilməz. Bu ÜTT-nin prinsiplərinin ziddinə deyil.

Xəbər lenti

Xəbər lenti