...

Azərbaycan İnvestisiya Şirkəti "Asnaf" ilə birgə quru yüklər üçün anbar və soyuducu tikəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2007 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Azərbaycan İnvestisiya Şirkətinin bazar ertəsi yaydığı məlumatda bildirilir ki, şirkət "Asnaf Sənaye Şirkəti" məhdud məsuliyyətili cəmiyyətlə quru yüklər üçün anbar və soyuducu tikilməsi istiqamətində əməkdaşlığa dair memorandum imzalayıb. Memorandum iyunun 29-da imzalanıb.

Razılığa əsasən, tərəflər tikinti və yaradılacaq müəssisələrin idarə edilməsi məqsədilə əməliyyat şirkəti yaradacaq. İnvestisiya şirkətinin layihədə iştirakının maksimum payı 25% təşkil edir. Layihənin yer, kəmiyyət, sahə və digər göstəriciləri texniki-iqtisadi əsaslandırmadan sonra müəyyənləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti