...

Bakı Fond Birjasında AMB notlarının hərracı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2007 20:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Çərşənbə günü saat 11:00-dan 12:30-a qədər Bakı Fond Birjasında Milli Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Birjanın məlumatında notların dövlət qeydiyyat nömrəsinin 50103016S olduğu göstərilib.

Emissiyanın həcmi 30 mln. manat, bir notun nominal dəyəri 200 manat, dövretmə tarixi 28 gündür. Ödənmə tarixi - 22 avqustdur.

Hərraca emissiya həcminin 20 faizini ötməyən rəqabətsiz ərizələr buraxılır.

Xəbər lenti

Xəbər lenti