...

Bakı Fond Birjasında DQİ yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2007 19:53 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10302915S saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 5 mln. manat, bir istiqrazın nominal dəyəri 200 manat, tədavül müddəti 182 gün olan qısamüddətli dövlət istiqrazlarının (QDİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Sifarişlər 5 investor tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 10 622 200 manat təşkil edib. Sifarişlər 94.35% (gəlirlilik 12.01%) və 94.55% (gəlirlilik - 11,56%) qiymət intervalında təqdim edilib.

İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 94.50% (gəlirlik 11.67%) orta ölçülmüş qiymət - 94.52% (gəlirlik 11.63%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən olunub.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 mln. manat, istiqraz vərəqələrinin ödəmə tarixi 22 yanvar 2008-cı ildir.

Xəbər lenti

Xəbər lenti