...

Azərbaycan prezidentinin mətbuat katibi: "Bakı-Əmman aviareysinin açılışı gözlənilir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2007 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Yaxın zamanlarda Bakı-Əmman aviareysinin açılması planlaşdırılır. Bu barədə çərşənbə axşamı Bakıda Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov məlumat verib.

O bildirib ki, Azərbaycan prezidentinin iyulun 29-30-da İordaniyaya rəsmi səfəri zamanı bu layihənin qısa müddətdə reallaşdırılması haqda qərar qəbul edilib.

Qasımov qeyd edib ki, ilin sonuna kimi Bakıda birgə Azərbaycan-İordaniya biznes-forumu keçiriləcək. Forumda İordaniyanın səhiyyə və səhiyyə avadanlığı, tikinti və tikinti materialları sahələrini təmsil edən işgüzar dairələrin nümayəndələrinin iştirakı gözlənilir.

Prezidentin mətbuat katibinin bildirdiyinə görə, öz enerji resurslarına malik olmayan İordaniya Azərbaycanla bu sahədə əməkdaşlıqda maraqlıdır. Biznes-forumdan sonra Azərbaycan-İordaniya birgə müəssisələri yaradılacaq.

Xəbər lenti

Xəbər lenti