Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Son günlər ölkə ərazisində müşahidə olunan isti havalarla əlaqədər Azərbaycanın Səhiyyə Nazirliyi əhalini diqqətli olmağa çağırır və bu tövsiyələri edir:
- 12:00-dən 18:00-dək gün altında mümkün qədər az vaxt keçirmək;
- Bədənin su və duz mübadiləsinin balansı üçün daha çox su içmək;
- Çimərliklərdə səhər saaat 11:00-dək və axşamlar saat 19:00-dan sonra olmaq.
Nazirlik hesab edir ki, bu tövsiyələr ilk növbədə ürək-damar, endokrinoloji və əsəb sistemi xəstəliklərindən əziyyət çəkənlər, hamilə qadınlar, uşaq və yaşlı insanlar tərəfindən yerinə yetirilməlidir.