...

Prezident İlham Əliyev: "Birinci yarımildə Azərbaycan iqtisadiyyatına investisyalar 2,7 mlrd. manat təşkil edib"

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2007 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Aliyev/ Birinci yarımildə Azərbaycan iqtisadiyyatına investisyalar 2,7 mlrd. manat təşkil edib. Bu barədə çərşənbə günü ölkə prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2007-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib. Xəbəri rəsmi mətbuat yayıb.

Onun sözlərinə görə, bu həcmin 1,6 mlrd manatı neft, 1,1 mlrd. manatı isə qeyri neft sahələrinə qoyulub.

"Bizim əsas məqsədimiz ondan ibarətdir ki, neft amilindən asılılığ maksimum səviyyədə azaldılsın, qeyri neft sahəsi Azərbayacanın bütün əsas iqtisadi tələbatını təmin etsin" - deyə o bildirib.

Dövlət başçısının sözlərinə görə, 2007-ci ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına qoyulmuş investisyaların ümumi həcminin 1,4 mlrd. manatı daxili investisyaların payına düşür.

"Daha öncə Azərbaycan iqtisadiyyatına xarici investisyaların həcmi 90 faiz təşkil edirdi. Daxili investisiyaların tərkibində kifayət qədər həcmdə vəsait özəl sektora qoyulur. Biz özəl sektora yardımı davam etdirməliyik" - deyə Əliyev söyləyib.

Indiyə qədər sahibkarlığın inkişafı üçün dövlət tərəfindən təqdim olunan kreditlərin həcmi 200 mln. manatı ötür.

"2008-ci ildə dövlət tərəfindən kreditlərin ayrılması davam etdiriləcək. Yaxın bir-iki ildə bu vəsaitlər geri qayıtmağa başlayacaq və bunun hesabına yenidən kreditlər ayrılacaq" - deyə ölkə prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti