...

Bərdə rayonunda taxıl üzrə məhsuldarlıq artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2007 15:44 (UTC +04:00)

Azərbaycan, Bərdə/ Trend , müxbir Ş.Cəliloğlu/ Bu il Bərdə rayonunda 29 min ton taxıl becərilib ki, bu da ötən ilin göstəricilərini 15 faiz üstələyir.

Rayonun İcra Hakimiyyətindən verilən məlumata görə, əkin sahəsinin azalmasına baxmayaraq, məhsuldarlıq dörddə bir qədər artıb. Ötən il 980,78 min hektar əkin sahəsindən 24,6 min ton taxıl götürülmüşdüsə, bu il 900,059 hektar torpaq sahəsindən 29 min ton taxıl götürülüb.

Cari ildə hər hektardan ötən ilki 25-26 sentner taxıla qarşı 32-35 sentner taxıl alınıb.

Bu il məhsuldarlığın yuxarı səviyyədə olmasının əsas səbəbi hava şəraitinin yaxşı olması və suvarılmanın yaxşı aparılması ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti