...

Maldiv Respublikası Azərbaycana dəniz məhsulları çatdıra bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2007 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Azərbaycan tərəfinin marağ göstərdiyi tədqirdə Maldiv Respublikası Azərbyacana dəniz məhsulları çatdıra bilər. Çərşənbə axşamı Azərbaycan Respublikasının Maldiv adalarındakı səfiri Tamerlan Qarayevin telefonla verdiyi məlumata görə, belə bir əməkdaşlığın perspektivlərini onunla Maldiv Respkublikasının balıq təsərrüfatı naziri müzakirə ediblər.

Səfirin sözlərinə görə, Maldiv Respublikası xaricə balıq məhsullarını nəql edən iri tədarükçülərdən biridir, ölkə ÜDM-ində balıq təsəorrüfatının payı 17% təşkil edir. Ölkə bu tip təsərrüfatı inkişaf etdirmək təcrübəsinə malikdir. "Əgər nəzərə alsaq ki, Azərbyacan da xaricə balıq məhsulları nəql edir, təcrübə mübadiləsi bizim üçün çox faydalı ola bilrə" - deyə səfir hesab edir.

Tərəflər həm dövlət, həm də özəl müəssisələr arasında təcrübə mübadiləsi aparmaq barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti