...

Beynəlxalq sığorta şirkəti heyvandarlığın sığortası üzrə xidmətlər təklif edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2007 20:38 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ "Şəki-aqro" ilə razılığa əsasən sentyabrın 20-nə qədər Beynəlxalq Sığorta Şirkəti heyvanların sığortası üzrə yeni layihəyə başlamağı planlaşdırır. Bu növ sığortaya icazə alınması məqsədi ilə BSŞ artıq Maliyyə Nazirliyinə müraciət edib. Bu barədə cümə günü BSŞ-dən məlumat verilib.

100 faiz Azərbaycan Beynəlxalq Bankının təsisçiliyi ilə yaradılan Beynəlxalq Sığorta Şirkətinin sığorta gəlirləri 2007-ci ilin sonunda şirkətin kapitalını 14-15 faiz üstələyə bilər. Hazırda şirkətin nizamnamə kapitalı 8,8 mln. manat səviyyəsindədir. Sığorta gəlirləri isə 10 mln. manatı ötə bilər.

"Yeni layihələrin mövcud olması bu cür nəticələr nail olmaq haqqında söyləməyə imkan verir", - deyə BSŞ-dən bildiriblər. İyun ayında kənd təsərrüfatının sığortasına başlanılıb (xüsusilə pambıq tarlalarının).

Avqustun 1-nə olan göstəriciyə görə, şirkətin sığorta daxilolmaları 6 mln. manatı ötüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta gəlirlərinin artımı 35-40 faiz təşkil edir. İlyarım ərzində tibbi sığorta paketi üç dəfə artıb. Bu da yalnız xarici şirkətlərin öz əməkdaşlarını sığorta etdirməsi hesabına deyil, eyni zamanda yerli şirkətlərin də buna diqqətinin artması hesabına baş verib.

Sığorta daxilolmalarının artması ilə yanaşı sığorta hadisələri üzrə ödəmələr də artır. Bu il əsas ödəmələr avtomobil sığortası üzrə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti