...

Sentyabrın ortalarına qədər yardım alacaq fermerlər arasında kartlar paylanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2007 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / Fermerlərin yanacaq və gübrə alması üçün 50 faizlik kompensasiyanın alınması üçün kənd təsərrüfatı sektoru üzrə dövlət agenti olan "Kapital Bank" 370 min plastik kart buraxıb. Kartlar ölkənin 44 rayonunda paylanacaq. Bu barədə çərşənbə axşamı kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev məlumat verib.

Əliyev hesab edir ki, yardımın əldə olunması üçün kartların paylanması prosesi sentyabrın 10-15-nədək gerçəkləşəcək.

Bu məqsədlə dövlət büdcəsindən 80 mln. manat vəsait ayrılsa da, verilən yardımların ümumi dəyəri 56 mln. manat təşkil edir.

Nazir müavininin sözlərinə görə, qənaət vəsaiti həmçinin toxumçuluqla məşğul olan fermerlər və digərləri arasında paylanacaq.

Lakin bu vəsaitin paylanması Kənd Təsərrüfatı Nazirliyində hazırlanan xüsusi qaydalarla nizamlanacaq.

Bank çox sayda müşrtəriyə xidmət zamanı problemdən qaçmaq məqsədilə bu kimi tədbirlərin həyata keçirilməsi üçün təminetmə proqramını təzələyb.

Həmçinin infrastrukturun yaradılması üzrə iş aparılır. "Kapital Bank" 2007-ci ildə əlavə olaraq 40 bankomat quraşdırıb və daha 20 bankomatın quraşdırılması planlaşdırılır. Bu günə qədər respublika üzrə bankın 193 bankomatı quraşdırılıb ki, bunun da 70 faizi regionlarda cəmlənib. 2007-ci ildə bankın planına əlavə olaraq daha 1000 POS-terminalın əldə olunması daxildir. Bankda cəmi 370 POS-terminal var.

Kartların illik xidməti üzrə komissiya, minimum xərclər nəzərə alınmaqla, 4 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti