...

Azərbaycan Sığortaçılar Assosiasiyası: "Azərbaycanın sığorta şirkətləri tikinti-quraşdırma risklərini ödəmək iqtidarında deyil"

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2007 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Çərşənbə günü Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Hidayət Abdullayevin bildirdiyinə görə, Azərbaycanın sığorta şirkətləri tikinti-quraşdırma risklərini ödəmək iqtidarında deyil.

Çərşənbə axşamı saat 17.00 radələrində "Mütəfəkkir" şirkətinin inşa etdirdiyi bina uçub. Şirkətin rəhbəri Əsgər Əliyev Azərbaycanın Cinayət Məcəlləsinin 222-ci maddəsi (tikinti, mədən işləri və digər işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) ilə həbs olunub.

Hadisə yerindən əldə olunan son məlumatlara görə, binanın uçması nəticəsində yeddi nəfər həlak olub.

"Azərbaycanın yerli sığorta şirkətlərinin hazırkı kapitalizasiyasının həcmi (700 min manat) onlara belə iri riskləri ödəməyə imkan vermir" - deyə Abdullayev bildirib.

Onun sözlərinə görə, yerli şirkətlər yalnız Azərbaycanın sığorta bazarına böyük maraq göstərən iri xarici şirkətlərdə təkrar sığorta vasitəsilə tikinti-quraşdırma risklərini ödəyə bilərlər.

"Hazırda Azərbaycanda elə bir qanun yoxdur ki, ona əsasən binalar inşa edən şirkətlər tikinti-quraşdırma işlərini sığortalasınlar" - deyə Azərbaycan Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti şöbəsinin rəisi Namiq Xəlilov bildirib.

"Azərbaycanda tikinti şirkətləri tikinti işlərini sığortalamırlar, ola bilsin ki, yalnız bir-iki şirkət belə sğorta riskləri həyata keçirir" - deyə o bildirib.

Azərbaycanda minimal nizamnamə kapitalı 700 min manat olmaqla 29 sığora şirkəti fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti