Azərbaycan, Bakı/ Trend / Avqustun 29-da Bakı Fond Birjasında Milli Bankın 50103516S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 60 mln. manat, hərraca çıxarılan həcmi isə 50 mln. manat olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 28 gündür.
Hərracda 8 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 42 072 800 manat olub. Sifarişlər 99.50% (gəlirlik 6.46%) - 99.57% (gəlirlik 5.55%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.50% (gəlirlik 6.46%) orta ölçülmüş qiymət - 99.51% (gəlirlik 6.33%) səviyyəsində Milli Bank tərəfindən müəyyən edilmişdir.
Notların nominal üzrə reallaşdırılmış həcmi 1 103 000 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla 42 072 800 manat məbləğində müəyyən edilib.
Notların ödəmə tarixi 26 Sentyabr 2007-cı ildir.