...

Azərbaycan müvvəqqəti olaraq Rusiyanın bir sıra regionlarından toyuq ətinin idxalına qadağa qoyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2007 15:31 (UTC +04:00)
Azərbaycan müvvəqqəti olaraq Rusiyanın bir sıra regionlarından toyuq ətinin idxalına qadağa qoyub

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva / Çərşənbə günü, sentyabrın 5-də Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidməti "quş qripi" virusu ilə əlaqədar olaraq, Rusiya Federasiyasının Krasnodar, Stavropol, Şimali Qafqaz regionlarından quş əti və heyvan məhsullarının, yemlərin və yem əlavələrinin idxalına müvəqqəti qadağa qoyub.

Çərşənbə günü dövlət xidmətinin mətbuat katibi Yolçu Xanvəlinin verdiyi məlumata görə, hazırda bütün sərhəd baytarlıq məntəqələri gücləndirilmiş rejimdə işləyir, Azərbaycanda vəhşi quşların ovuna, satışına və istifadəsinə qoyulan qadağa qüvvədə qalır.

Azərbaycan quş əti məhsullarını Rusiya, Türkiyə, ABŞ, Braziliya və Kanadadan alır. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, yanvar-iyun ayları ərzində ölkə ümumi məbləği 4772,7 min dollar olan 9803,5 ton quş əti idxal edib.

Xəbər lenti

Xəbər lenti